Bakı. 27 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 45 m² olan bir-birinə bitişik 3 ədəd qarajın yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər bir bitişik qaraj yanğından mühafizə olunub. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.