Bakıda 29 yaşlı qadın intihara cəhd edib

Bakıda 29 yaşlı qadın intihara cəhd edib Faktla bağlı cinayət işi başlanıb
Hadisə
24 May , 2016 14:38
Bakıda 29 yaşlı qadın intihara cəhd edib

Bakı. 24 may. REPORT.AZ/ Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü S. V. özünü öldürmək məqsədi ilə çoxsaylı dərman qəbul edib.

O, zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi