​Bakıda 24 yaşlı gənc bıçaqlanıb

​Bakıda 24 yaşlı gənc bıçaqlanıb Hadisə Balaxanı qəsəbəsində baş verib
Hadisə
7 Noyabr , 2015 12:11
​Bakıda 24 yaşlı gənc bıçaqlanıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Balaxanı qəsəbəsində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Natiq Rəhim oğlu Əkbərov 1991-ci il təvəllüdlü Emin Xalid oğlu Yusifova bıçaqla ağır bədən xəsarəti yetirib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əkbərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi