Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb Nərmin Əzizovanı hamamda huşsuz vəziyyətdə aşkar ediblər
Hadisə
11 Dekabr , 2015 17:37
Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb. "Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən onu hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunub. 

Son xəbərlər

Orphus sistemi