Bakıda 20 metrlik ağac aşaraq yaşayış evlərinin üzərinə düşüb

Bakıda 20 metrlik ağac aşaraq yaşayış evlərinin üzərinə düşüb Hadisə yerinə FHN və Yaşıllaşdırma İdarəsinin əməkdaşları cəlb olunub
Hadisə
18 Noyabr , 2015 02:03
Bakıda 20 metrlik ağac aşaraq yaşayış evlərinin üzərinə düşüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakı şəhərində əsən güclü külək nəticəsində hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, əraziyə cəlb edilmiş FHN xilasediciləri Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsinin əməkdaşları ilə birgə təhlükə yaradan ağacı xüsusi alət vasitəsilə kəsərək sakinlərin təhlükəsizliyini təmin ediblər.

Əməliyyat saat 23:18-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi