Bakıda 2 yaşlı körpə pəncərədən yıxılaraq ölüb

Bakıda 2 yaşlı körpə pəncərədən yıxılaraq ölüb Jalə İbrahimova beşmərtəbəli binanın üçüncü mərtəbəsindən yerə düşüb
Hadisə
30 May , 2016 12:54
Bakıda 2 yaşlı körpə pəncərədən yıxılaraq ölüb

Bakı. 30 may. REPORT.AZ/ Bakıda 2 yaşlı körpə pəncərədən yıxılaraq ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 28-də paytaxtın Nizami rayonu ərazisində yaşayan 2 yaşlı Jalə İbrahimova evlərinin pəncərəsindən yıxılaraq ölüb.

Körpənin ailəsi beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi