Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb #SORĞUYACAVAB - 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşə
Hadisə
18 Aprel , 2024 16:02
Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də qeyd olunan ünvanda evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi