​Bakıda 2 avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb

​Bakıda 2 avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb Hadisə Bakının Nizami rayonunda baş verib
Hadisə
6 Fevral , 2015 02:43
​Bakıda 2 avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb

Bakı. 6 fevral. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində “Opel” və “Lada” markalı 2 minik avtomobili toqquşub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “Lada” markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi