Bakıda 19 nəfərə qarşı 139 min manatlıq dələduzluq edən qadın saxlanılıb

Bakıda 19 nəfərə qarşı 139 min manatlıq dələduzluq edən qadın saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Mart , 2016 11:45
Bakıda 19 nəfərə qarşı 139 min manatlıq dələduzluq edən qadın saxlanılıb

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda 19 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq edən Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü il tarixdə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat pul alması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi