Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb

Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Oktyabr , 2016 09:24
Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb.

"Report" un xəbərinə görə, hadisə ötən gecə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb.

İsabala Elxan oğlu Allahverdiyev yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, İ.Allahverdiyev ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi