​Bakıda 17 yaşlı gənc itkin düşüb - FOTO

​Bakıda 17 yaşlı gənc itkin düşüb - FOTO Nurlan Cəmillini görən şəxslər bu barədə 012-453-02-02 telefon nömrəsinə zəng edərək məlumat verə bilərlər
Hadisə
20 İyun , 2015 11:27
​Bakıda 17 yaşlı gənc itkin düşüb - FOTO

Bakı. 20 iyun. REPORT.AZ/ Bakıda 17 yaşlı gənc itkin düşüb. “Report”un məlumatına görə, Cəmilov Rasim İsrafil oğlu Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsinə (PB) müraciət edərək oğlu - 1998-ci il təvəllüdlü Cəmilli Nurlan Rasim oğlunun bu il mayın 31-də yaşadıqları evdən getdiyini və bir daha geri qayıtmadığını bildirib.

N.Cəmillinin ədamətləri: boyu 140 santimetr, gözlərinin rəngi qara, arıq bədən quruluşlu, saçlarının rəngi qara, xüsusi əlamətləri yoxdur. N.Cəmillinin yerini bilən və ya onun haqqında məlumatı olan şəxslərdən Xəzər RPİ və 2-ci PB-yə müraciət etmələri xahiş olunur. Həmçinin N.Cəmillini görən şəxslər bu barədə 012-453-02-02 telefon nömrəsinə zəng edərək məlumat verə bilərlər.

Son xəbərlər

Orphus sistemi