Bakıda 16 yaşlı piyadanı avtomobil vurub

Bakıda 16 yaşlı piyadanı avtomobil vurub Faktla bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir
Hadisə
28 Oktyabr , 2016 21:21
Bakıda 16 yaşlı piyadanı avtomobil vurub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı şəhərində 16 yaşlı piyadanı avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə oktyabrın 27-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

"Bahar" yaşayış massivində naməlum avtomobil 2000-ci il təvəllüdlü Hövsan sakini Murad Rəhimovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi