Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb 

Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb  Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Aprel , 2024 08:01
Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb 

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Müşfiqabad qəsəbəsində avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Məmmədov Anar Valid oğlu yaralanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi