Bakıda 14 yaşlı yeniyetmə qohumunun evindən 25 min manatlıq qızıl oğurlayıb

Bakıda 14 yaşlı yeniyetmə qohumunun evindən 25 min manatlıq qızıl oğurlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
23 İyun , 2016 13:22
Bakıda 14 yaşlı yeniyetmə qohumunun evindən 25 min manatlıq qızıl oğurlayıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda 14 yaşlı yeniyetmə qohumunun evindən oğurluq edib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi