Bakı Yol Polisi yağmurlu hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

Bakı Yol Polisi yağmurlu hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır Əhalidən və avtomobil sahiblərindən xahiş olunur ki, şəxsi maşınla yola çıxmasınlar
Hadisə
22 Fevral , 2015 18:08
Bakı Yol Polisi yağmurlu hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

Bakı. 22 Fevral. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti qarlı, yağmurlu və qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir.

"Report"un AzərTAc-a istinadla verdiyi xəbərə görə, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, enişli-yoxuşlu yollar, sərt döngələr nəzarətə götürülüb. Şəxsi heyət ərazi üzrə yollarda tənzimləmə işləri aparır. Əhalidən və avtomobil sahiblərindən xahiş olunur ki, şəxsi maşınla yola çıxmasınlar, ictimai nəqliyyatdan istifadə etsinlər.

Son xəbərlər

Orphus sistemi