​Paytaxtda üç nəfər köməksiz vəziyyətdə qalıb

​Paytaxtda üç nəfər köməksiz vəziyyətdə qalıb Hadisələr Bakının Yasamal və Nərimanov rayonlarında qeydə alınıb
Hadisə
16 Yanvar , 2015 02:27
​Paytaxtda üç nəfər köməksiz vəziyyətdə qalıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda yaşayış mənzillərində köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Yasamal rayonunda iki, Nərimanov rayonunda isə bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerlərinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzillərin qapılarını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi