​Bakı və Zərdab şəhərlərində yanğın olub

​Bakı və Zərdab şəhərlərində yanğın olub Hadisələr gecə və səhər saatlarında qeydə alınıb
Hadisə
19 Fevral , 2015 08:44
​Bakı və Zərdab şəhərlərində yanğın olub

Bakı. 19 fevral. REPORT.AZ/ Gecə saatlarında Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ikiotaqlı mənzilin mətbəxində yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində 1 ədəd divan yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib.

Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Zərdab şəhərində qeydə alınıb. Vətəndaşa məxsus üçotaqlı mənzilin 1 otağının qapısı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:44 radələrində söndürülüb.

Son xəbərlər

Orphus sistemi