Bakı və Sumqayıtdakı ticarət mərkəzlərindən partlayıcı oyuncaqlar aşkarlanıb

Bakı və Sumqayıtdakı ticarət mərkəzlərindən partlayıcı oyuncaqlar aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Dekabr , 2014 13:06
Bakı və Sumqayıtdakı ticarət mərkəzlərindən partlayıcı oyuncaqlar aşkarlanıb
Bakı. 18 dekabr. REPORT.AZ/ Bakının Xəzər rayonu və Sumqayıt şəhəri ərazilərində yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq aşkarlanıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Xəzər rayonu və Sumqayıt şəhəri ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 13000 ədəd partlayıcı oyuncaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi