​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “SMS Servis”i məhkəməyə verib

​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “SMS Servis”i məhkəməyə verib BTRİB xidmət müqaviləsinə əsasən pul tələbi barədə iddia irəli sürüb
Hadisə
21 Sentyabr , 2015 16:47
​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “SMS Servis”i məhkəməyə verib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) "SMS Servis" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report” xəbər verir ki, BTRİB xidmət müqaviləsinə əsasən pul tələbi barədə iddia irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir. BTRİB tam təsərrüfat hesablı və özünü maliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi