Bakı-Sumqayıt yolundakı qəzada yaralanan qadın əməliyyat zamanı ölüb

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan qadın əməliyyat zamanı ölüb Qəza yerində ölən ikinci şəxsin də kimliyi məlum olub
Hadisə
17 Sentyabr , 2015 11:50
Bakı-Sumqayıt yolundakı qəzada yaralanan qadın əməliyyat zamanı ölüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında xəsarət alan və Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən yaralılardan biri də dünyasını dəyişib. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yaralı Zümrüd Əliyeva əməliyyat zamanı vəfat edib.

Qəza nəticəsində ayağının birini itirən qadının həyatını xilas etmək mümkün olmayıb.

Bununla da ölənlərin sayı 3-ə çatıb. 9 nəfər yaralı var. 

Qəza yerində ölən ikinci şəxsin də kimliyi məlum olub. O, Ramin Kərimovdur. Hazırda meyitlər morqdan çıxarılaraq yuyulması üçün məscidə göndərilib. 

Son xəbərlər

Orphus sistemi