Bakı şəhər sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı şəhər sakinini bıçaqlayan şəxsə hökm oxunub O, məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
9 Sentyabr , 2016 12:43
Bakı şəhər sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elşad Həsənlinin məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə E.Həsənli barəsində irəli sürülən Cinayət Məcəlləsinin (CM) 128-ci maddəsi hissəsində bəraət verib. O, məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Həsənlinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin oktyabrın 12-də Xarici Dairəvi küçəsində Bakı şəhər sakini Azər İsayevə bıçaq xəsarəti yetirilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon sakini, 1992-ci il təvəllüdlü E.Həsənli tutulub.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi