Bakı şəhər sakinindən tapança-pulemyot götürülüb

Bakı şəhər sakinindən tapança-pulemyot götürülüb Əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları keçirib
Hadisə
23 May , 2016 12:21
Bakı şəhər sakinindən tapança-pulemyot götürülüb

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhər sakinindən qanunsuz silah götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Akif Sərxanovdan 1 ədəd nömrəsiz tapança-pulemyot, 5 ədəd patron və 2 ədəd patron darağı götürülüb.

Son xəbərlər

Orphus sistemi