Bakı Şəhər Prokurorluğunun iki əməkdaşı prokurorluq orqanlarından xaric edilib

Bakı Şəhər Prokurorluğunun iki əməkdaşı prokurorluq orqanlarından xaric edilib 1 876 vətəndaşın qəbulu təşkil olunub
Hadisə
15 Yanvar , 2016 16:59
Bakı Şəhər Prokurorluğunun iki əməkdaşı prokurorluq orqanlarından xaric edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Şəhər Prokurorluğunda ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.

Müşavirədə Bakı şəhər prokuroru Əziz Seyidov hesabat məruzəsi ilə çıxış edib.

O bildirib ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4 644 cinayət işinin istintaqının tamamlanması təmin edilib.

Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşması tələb olunub və bildirilib ki, hesabat dövründə Bakı şəhər prokurorluğunda ümumilikdə 1 876 vətəndaşın qəbulu təşkil edilib ki, onlardan da 403 nəfəri şəxsən şəhər prokuroru tərəfindən qəbul olunub.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun bir sıra əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 2 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov çıxış edib.

Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi