Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı olub

Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı olub Keçmis rəis BŞBPİ-yə baş əməliyyat müvəkkili təyin edilib
Hadisə
19 Noyabr , 2014 11:27
Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı olub

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər orqanlarında növbəti kadr təyinatı olub. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.

Son xəbərlər

Orphus sistemi