Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Qadir Mirzəyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Mirzəyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində baş verib. Bakı şəhər sakini Ramil Valoşinini yumruqla vuraraq mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı sakini, 1995-ci il təvəllüdlü Q.Mirzəyev tutulub.