​Bakı sakininin mənzilindən 17 400 manat oğurlanıb

​Bakı sakininin mənzilindən 17 400 manat oğurlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
5 May , 2016 09:47
​Bakı sakininin mənzilindən 17 400 manat oğurlanıb

Bakı. 5 may. REPORT.AZ/ Bakının Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, naməlum şəxslər rayonun Neapol küçəsi, ev 41-də yaşayan 1975-ci il təvəllüdlü Pərviz Abbasovun mənzilinə pəncərənin qıfılını sındırmaqla daxıl olublar. Həmin şəxslər mənzildə olan 17 400 manat pulu oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi