Bakı sakininin avtomobili dələduzluqla əlindən alınıb

Bakı sakininin avtomobili dələduzluqla əlindən alınıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
16 Sentyabr , 2016 16:04
Bakı sakininin avtomobili dələduzluqla əlindən alınıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı sakininin avtomobili dələduzluq yolu ilə əlindən alınıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səxavət Əliyevə məxsus “Niva” markalı avtomobili dələduzluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Əziz Zaidov Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi