​Bakı sakinini bizlə öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Bakı sakinini bizlə öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası iyulun 13-nə təyin edilib
Hadisə
6 İyul , 2016 11:54
​Bakı sakinini bizlə öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 6 iyul. REPORT.AZ/ Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəşad Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 13-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini R.Həsənov tanışı ilə kafedə spirtli içki qəbul edəndən sonra aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində R.Həsənov tanışını bizlə vurub. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Daha sonra R.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

R.Həsənova Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi Elman Ağayev apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi