Bakı sakinini bıçaqlayan şəxs tutulub

Bakı sakinini bıçaqlayan şəxs tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
20 Oktyabr , 2015 11:32
Bakı sakinini bıçaqlayan şəxs tutulub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Pirşağı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Məftun İmamquliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Şuşa şəhər sakini, 1988-ci il təvəllüdlü Sənani Əhmədov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi