Bakı sakinini bıçaqlayan qadının məhkəməsi keçirilib

Bakı sakinini bıçaqlayan qadının məhkəməsi keçirilib Onun himayəsində iki azyaşlı uşaq var
Hadisə
19 Avqust , 2016 11:43
Bakı sakinini bıçaqlayan qadının məhkəməsi keçirilib

Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tamaşa Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib.

Müdafiəçi bildirib ki, T.Hüseynovanın himayəsində iki azyaşlı uşaq var: "Məhkəmədən xahiş edirəm ki, ona yüngül cəza verilsin".

Məhkəmənin baxış iclası avqustun 25-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror T.Hüseynovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 9-da paytaxtın Sabunçu qəsəbəsində yaşayan Tamaşa Hüseynova evində münaqişə zəminində tanışı Vüsal Səmədova bıçaqla xəsarət yetirib. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Hüseynova tutulub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi