​Bakı sakinini bıçaqlayan Özbəkistan vətəndaşına hökm oxunub

​Bakı sakinini bıçaqlayan Özbəkistan vətəndaşına hökm oxunub O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Noyabr , 2015 17:48
​Bakı sakinini bıçaqlayan Özbəkistan vətəndaşına hökm oxunub

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Tahir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı xəbərə görə, yanvarın 16-da Ramana qəsəbə sakinləri Saleh Məmmədov və İbrahim Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən aparılan tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub. O, 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi