Bakı sakinini bıçaqlamış şəxsə hökm oxunub

Bakı sakinini bıçaqlamış şəxsə hökm oxunub Ordubad sakini 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
4 Fevral , 2016 13:03
Bakı sakinini bıçaqlamış şəxsə hökm oxunub

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ramin Babayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Əhəd Quliyevə bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Ordubad rayon sakini Ramin Babayev tutulub.

Məhkəmə prosesində zərərçəkmiş şəxs şikayət ərizəsini geri götürüb.

R.Babayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi