​Bakı sakininə qarşı quldurluq edən şəxslər apellyasiya şikayəti verib

​Bakı sakininə qarşı quldurluq edən şəxslər apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib
Hadisə
16 İyul , 2016 14:46
​Bakı sakininə qarşı quldurluq edən şəxslər apellyasiya şikayəti verib

Bakı. 16 iyul. REPORT.AZ/ Bakıda quldurluq etməkdə təqsirləndirilən Sərvan Ramazanov və Şahin Şəfiyevin barələrində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib.

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə Bakının Nizami rayonu, Çobanzadə küçəsi 35 ünvanında baş verib. İki nəfər naməlum şəxs gecə saatlarında piyada evlərinə gedən Taleh Ağayevin qarşısını kəsib. Onlar T.Ağayevin boğazına bıçaq dirəyərək, 2 ədəd mobil telefonunu alıblar.

T.Ağayev quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 24-cü Polis Bölməsinə şikayət edib. Onun şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ş.Şəfiyev və Bərdə rayon sakini S.Ramazanov tutulublar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (qulduruluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (qulduruluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.2.5-ci (qulduruluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanov 9 il, Ş.Şəfiyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi