Bakı sakininə qarşı 103 min dollarlıq dələduzluq edilib

Bakı sakininə qarşı 103 min dollarlıq dələduzluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Fevral , 2016 17:17
Bakı sakininə qarşı 103 min dollarlıq dələduzluq edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı sakininə qarşı dələduzluq edilib. “Report”un xəbərinə görə, Bakı sakini Vaqif Xanbabayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2007-cı ilin dekabr ayında Mikayıl adlı şəxs onun etibarından sui-istifadə edərək 103 min ABŞ dollar alıb, ötən müddət ərzində isə “pulunu tezliklə qaytaracağam” deyib, lakin qaytarmayıb.

V.Xanbabayev 8 ildən çox keçdikdən sonra qarşı tərəfdən şikayət etmək qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi