Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı sakinindən odlu silah götürülüb.
Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elnur Güloğlan oğlu Cəbiyevin üzərindən soyuq silah hesab edilən avtomatik düyməli bıçaq, idarə etdiyi “Mercedes” markalı avtomobildən qundağı və lüləsi kəsilmiş İJ-K-16 X 7056УK markalı tüfəng, 5 ədəd 16 mm patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.