Bakı. 14 mart. REPORT.AZ/ Bakı şəhər sakinindən odlu silah, 1 ədəd patron darağı və 8 ədəd patron aşkarlanıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Axundovdan “AKM-74” markalı silah, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.