Bakı sakini yol qəzası törədib, sərnişin ölüb

Bakı sakini yol qəzası törədib, sərnişin ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Noyabr , 2015 14:29
Bakı sakini yol qəzası törədib, sərnişin ölüb

Bakı. 13 noyabr. REPORT.AZ/ Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Bakı şəhər sakini Baba Yusifovun idarə etdiyi “Niva” və Naftalan şəhər sakini Ramil Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə "Niva" markalı avtomobildə olan sərnişin Zeynal Təhməzov hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüsü və digər sərnişinlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi