Bakı sakini Şəkidə baş verən yol qəzasında ölüb

Bakı sakini Şəkidə baş verən yol qəzasında ölüb Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
5 Sentyabr , 2016 12:23
Bakı sakini Şəkidə baş verən yol qəzasında ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Cuma kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini İbrahim Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin - Bakı şəhər sakini Rəbilə İbrahimova hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi