​Bakı sakini öz mənzilində ölü tapılıb

​Bakı sakini öz mənzilində ölü tapılıb 44 yaşlı Əli Şahtaxtinskinin meyiti aidiyyəti üzrə təhvil verilib
Hadisə
3 Noyabr , 2015 22:00
​Bakı sakini öz mənzilində ölü tapılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1971-ci il təvəllüdlü Şahtaxtinski Əli Məhəmməd oğlunun bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

Ə. Şahtaxtinskinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:51-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi