Bakı. 1 aprel. REPORT.AZ/ Paytaxt Bakıda qətl hadisəsi törədilib.
“Report”un məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Rayonun "Xasxund bağları" adlanan ərazisində yaşayan Şahverdiyev Zəfər Çıraq oğlu güllələnib.
Qarın nahiyəsindən ağır yaralanan Zəfər Şahverdiyev qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan zaman yolda keçinib. Hadisə yerinə polis əməkdaşları gələrək araşdırmalara başlayıblar. Hələlik qətlin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.