​Bakı sakini liftdə huşsuz vəziyyətdə tapılıb

​Bakı sakini liftdə huşsuz vəziyyətdə tapılıb O, Təcili Tibbi Yardım Stansiyası əməkdaşlarına təhvil verilib
Hadisə
24 May , 2015 21:24
​Bakı sakini liftdə huşsuz vəziyyətdə tapılıb

Bakı. 24 may. REPORT.AZ/ Axşam saatlarında Bakının Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Onlar liftin qapısını açaraq vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər və onu Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi