Bakı sakini əmisini bıçaqlayıb

Bakı sakini əmisini bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Avqust , 2016 12:38
Bakı sakini əmisini bıçaqlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda 36 yaşlı kişi əmisinə bıçaq xəsarəti yetirib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Əmircan qəsəbəsi Neftçi küçəsi ev 47 ünvanında qeydə alınıb.

Orada yaşayan 1980-ci il təvəllüdlü Taleh Əbdürrəhmanov ailə münaqişəsi zəminində əmisi 1964-cü il təvəllüdlü Asif Əbdürrəhmanovun kürək və qol nahiyələrinə bıçaq xəsarətləri yetirib.

A.Əbdurrəhmanov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi