Bakı. 20 fevral. REPORT.AZ/ Bakı şəhər sakini dəm qazından zəhərlənərək ölüb. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, fevralın 18-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Bayram Məhərrəmov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.