​Bakı sakini dayısına məxsus avtomobili qaçıraraq qəza törədib

​Bakı sakini dayısına məxsus avtomobili qaçıraraq qəza törədib Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır
Hadisə
11 Aprel , 2016 11:59
​Bakı sakini dayısına məxsus avtomobili qaçıraraq qəza törədib

Bakı. 11 aprel. REPORT.AZ/ Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qəsəbə sakini Vaqif İsrafilov dayısı İlkin Qəhrəmanova məxsus “Hyundai” markalı avtomobili qaçırıb.

“Report”un xəbərinə görə, bu barədə DİN-in saytı məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xətai rayonu ərazisində ön hissəsi əzik vəziyyətdə saxlanılmış və sürücü V.İsrafilovla birgə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi