​Bakı sakini çəkiclə qətlə yetirilib

​Bakı sakini çəkiclə qətlə yetirilib Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub
Hadisə
15 İyul , 2016 13:03
​Bakı sakini çəkiclə qətlə yetirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, onu Rövşən Xalıqovun qətlə yetirdiyi məlum olub.

Məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

Son xəbərlər

Orphus sistemi