Bakı. 28 mart. REPORT.AZ/ Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb
Martın 26-da Səbail rayonu ərazisində yaşayan Məhbud Abdullayev evinin həyətindəki hamamın damında təmir işləri apararkən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.