Bakı sakini bacısını qətlə yetirib, əmisi oğlunu yaralayıb

Bakı sakini bacısını qətlə yetirib, əmisi oğlunu yaralayıb Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb
Hadisə
8 Aprel , 2016 08:19
Bakı sakini bacısını qətlə yetirib, əmisi oğlunu yaralayıb

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bakı şəhər sakini bacısını öldürüb, əmisi oğlunu isə bıçaqlayıb. Bu barədə “Report”a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Cavadov Seyid Mirəli oğlu bacısı 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.  

Son xəbərlər

Orphus sistemi