Bakı. 1 iyun. REPORT.AZ/ Siyəzən rayonu, Bakı-Quba yolunun 115-ci kilometrliyində “Toyota” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.