Bakı-Quba yolunda qəza baş verib

Bakı-Quba yolunda qəza baş verib “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı çəpərə çırpılıb
Hadisə
6 İyul , 2015 20:23
Bakı-Quba yolunda qəza baş verib

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı-Quba yolunun 16-cı kilometrində yol qəzası baş verib. 

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 16-cı kilometrində “Mercedes” markalı, universal tipli avtomobil idarəetməni itirərək yol kənarındakı çəpərlənmələrə çırpılıb. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Xuduyev İsrail Mais oğlu köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər vətandaşı avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi