​Bakı-Quba yolunda qəza baş verib, sürücü ölüb

​Bakı-Quba yolunda qəza baş verib, sürücü ölüb Xilasedicilər meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb
Hadisə
10 İyun , 2015 09:08
​Bakı-Quba yolunda qəza baş verib, sürücü ölüb

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı-Quba yolunda “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı yol ayırıcısına çırpılıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:30-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi